Xorvatiya Futbol İttifaqı 2020/2021 mövsümündə ölkənin ən yaxşı futbolçusunun adını açıqlayıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniyanın "Real Madrid" klubunda çıxış edən Luka Modriç layiq görülüb.
Yarımmüdafiəçi ötən mövsüm 48 oyuna çıxıb, 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Luka Modriç karyerası ərzində 8-ci dəfə ölkəsinin ən yaxşısı seçillib. O, daha əvvəl 2007, 2008, 2011, 2014, 2016, 2017 ve 2018-ci ildə bu nominasiyada qalib olub.