İspaniyanın "Real Madrid" komandasının futbolçusu Federiko Valverde koronavirusa yoluxub.
"Report"un məlumatına görə, bu barədə "kral klubu"nun rəsmi saytı xəbər yayıb.
23 yaşlı yarımmüdafiəçinin dərhal karantinə alındığı və müalicəsinə başlanıldığı bildirilib.
Qeyd edək ki, F.Valverde Uruqvay millisinin də formasını geyinir.