İspaniyanın "Real Madrid" klubunun futbolçusu Eden Azar növbəti dəfə sıradan çıxıb.
"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu La Liqanın XI turunda evdə "Alaves"ə 1:2 hesabı ilə uduzduqları görüşdə bud əzələsindən zədələnib.
Belçikalı oyunçunun bir neçə həftəlik meydanlardan kənarda qalacağı gözlənilir. O, dekabrın 1-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunun Ukrayna "Şaxtyor"u ilə matçını buraxacaq.
Qeyd edək ki, Eden Azar mövsümün əvvəlində zədə səbəbində bir neçə oyunu buraxıb.