Fransa millisinin futbolçusu Kərim Benzema hazırda çıxış etdiyi İspaniya "Real Madrid"inin tarixinə düşüb.
"Report"un məlumatına görə, 35 yaşlı hücumçu buna evdə "Valensiya"nı 4:1 hesabı ilə darmadağın etdikləri La Liqanın XX tur matçında 11 metrlik cərimə zərbəsindən fərqlənməklə nail olub.
43-cü dəqiqədə hesabı açan forvard "kral klubu"nun heyətində yerinə yetirdiyi 15-ci penaltini də qola çevirməyi bacarıb. Benzema Madrid təmsilçisində bu sayda 11 metrlik cərimə zərbəsini boşa verməyən yeganə oyunçu olub.
Qeyd edək ki, "Real Madrid" 49 xalla turnir cədvəlinə başçılıq edir.