İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema Çempionlar Liqasının tarixinə düşüb.
"Report"un məlumatına görə, 34 yaşlı hücumçu buna evdə İngiltərənin "Çelsi" klubu ilə 1:1 hesablı heç-heçə etdikləri matçda nail olub.
Komandasının yeganə qolunun müəllifi olan fransalı forvard qitənin bir nömrəli klub turnirində 71-ci dəfə fərqlənməklə "kral klubu"nun keçmiş futbolçusu Raul Qonsalesə çatıb.
Hazırda yalnız Kriştianu Ronaldu (134), Lionel Messi (120) və Rovert Levandovski (73) Benzema və Rauldan daha çox qol vurub.
Benzema həmçinin Çempionlar Liqasının yarımfinalında qol vuran ən yaşlı futbolçu kimi də tarixə düşüb. O, 33 yaş 129-cü günündə fərqlənib. Daha əvvəl Ronaldu 32 yaş 86-cı günündə qol vura bilib.