İspaniyanın "Real Madrid" klubunun kapitanı Serxio Ramos zədələnib.
"Report" "Marca"ya istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçinin sol dizində problem aşkarlanıb.
Təcrübəli futbolçu ölkə superkubokunun yarımfinalda “Atletik”ə 1:2 hesabı ilə uduzduqları matçda ağrıkəsici vasitəsi ilə oynayıb.
Tibbi müayinədən sonra Ramosun zədəsinin nə dərəcədə ciddi olduğu müəyyənləşəcək.
Qeyd edək ki, Serxio Ramos 2020/2021 mövsümündə "Real Madrid" forması ilə 18 matçda iştirak edib. O, 3 qol və 1 məhsuldar ötərmə ilə yadda qalıb.