"Real" Karlo Ançelottiyə yeni müqavilə təklif edib

"Real" Karlo Ançelottiyə yeni müqavilə təklif edib "Real Madrid" futbol komandasının baş məşqçisi Karlo Ançelotti Madrid klubunda qala bilər.
Futbol
25 Oktyabr , 2023 05:59
Real Karlo Ançelottiyə yeni müqavilə təklif edib

"Real" komandasının baş məşqçisi Karlo Ançelotti postunda qala bilər.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Madrid klubunun rəhbərliyi italiyalı mütəxəssisə yeni müqavilə təklif edib və tərəflər onun uzadılması üçün danışıqlar aparır.

Bundan əvvəl Ançelottinin cari mövsümün sonunda Braziliya millisinə rəhbərlik edəcəyi bildirilirdi.

Xatırladaq ki, Karlo Ançelotti 2021-ci ildən "Real"ın "sükanı arxasındadır". Buna qədər italiyalı mütəxəssis İngiltərənin “Everton” klubuna rəhbərlik edib.

Hazırda Madrid klubu 10 oyunun nəticəsinə əsasən 25 xalla İspaniya La Liqasında turnir cədvəlinə başçılıq edir.

Son xəbərlər

Orphus sistemi