İspaniyanın “Real” klubu UEFA Çempionlar Liqasının hazırkı qalibi kimi titulu qazandıqdan sonra qrup mərhələsində üç oyunu uduzan ilk komanda olub.
“Report” xəbər verir ki, bu barədə idman statistikası üzrə ixtisaslaşmış
Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Kral klubu” “Liverpul”a 0:2 hesabı ilə məğlub olub. Daha öncə Madrid təmsilçisi İtaliya “Milan”ına və Fransa “Lill”inə yenilmişdi.
Hazırda Ispaniya klubu Çempionlar Liqasının turnir cədvəlində 6 xalla 24-cü yerdədir. Turnirin liqa mərhələsinin qalan üç oyununda komanda “Atalanta”, “Zaltsburq” və “Brest”lə qarşılaşacaq.
Qeyd edək ki, Liqa mərhələsinin turnir cədvəlinə niderlandlı mütəxəssis Arne Slotun çalışdırdığı “Liverpul” başçılıq edir.
Xatırladaq ki, daha əvvəl “Opta”nın superkompüteri İngiltərə Premyer Liqasının qalibini proqnozlaşdırmışdı.