İspaniya "Real Madrid"i futbolçusu Luka Modriçlə müqavilənin daha bir il uzadılmasına dair razılığa gəlib.
"Report"un məlumatına görə, bu barədə jurnalist Fabritsio Romano şəxsi tvitter səhifəsində yazıb. O, rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl Luka Modriçin maaşının 15 faiz azaldılmasına razı olduğunu bildirilib. Bu mövsüm Modriç "Real Madrid"in heyətində 34 oyuna 4 qol vurub və 4 məhsuldar ötürmə verib.