İspaniyanın "Real Madrid" klubu 2021/2022 mövsümü üçün əsas formasını təqdim edib.
"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, formada ənənəvi olaraq ağ rəngdən daha çox istifadə edilib.
Bundan əlavə, dəstdə mavi və narıncı rənglər də var. Formalar "Adidas" tərəfindən hazırlanıb.
Qeyd edək ki, "Real Madrid" 2020/2021 mövsümünü titulsuz başa vurub.