Rəcəb Tayyib Ərdoğan: Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

Rəcəb Tayyib Ərdoğan: Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi? Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandanın futbolçusu Merih Demiralın 2 oyunluq cəzalanmasına münasibət bildirib.
Futbol
5 İyul , 2024 15:43
Rəcəb Tayyib Ərdoğan: Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

"Kimsə almanların formasında qartal var deyirmi? Fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkə başçısı milli komandanın futbolçusu Merih Dəmiralın UEFA tərəfindən 2 oyunluq cəzalanmasına münasibət bildirib.

"Merih orada bu görüntü ilə həyəcanını nümayiş etdirib", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Merih Dəmiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. "Ay-ulduzlular" iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi