"Neftçi"nin sükanı arxasında olan Laurentsiu Regekampfla maraqlanan Rumıniya təmsilçisi "Universitatya Krayova"nın yeni baş məşqçisi bəlli olub.
"Report" "Gsp.ro" saytına istinadən xəbər verir ki, klubun maliyyə dəstəkçisi Mixai Rotaru "Universitatya Kluj"da işləyən rumıniyalı Eugen Neago ilə razılaşıb.
O, bu postda Mirel Redoyu əvəzləyəcək. Daha əvvəl Rotaru Regekampfla da maraqlandıqlarını təsdiqləyib.
Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. 47 yaşlı rumıniyalı mütəxəssis Azərbaycan klubuna keçməzdən əvvəl 2021/2022 mövsümündə “Universitatya Krayova”ya rəhbərlik edib.