Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" klubunun yeni baş məşqçisi açıqlanıb

Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" klubunun yeni baş məşqçisi açıqlanıb Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyə I Liqa təmsilçisi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.
Futbol
17 Sentyabr , 2024 21:55
Renat Dadaşovun çıxış etdiyi Ankaragücü klubunun yeni baş məşqçisi açıqlanıb

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyə I Liqa təmsilçisi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Kenan Koçak çalışdıracaq.

Yerli mütəxəssislə "1+1" illik müqavilə imzalanıb.

O, daha əvvəl Türkiyə millisində köməkçi məşqçi funksiyasını yerinə yetirib. 43 yaşlı çalışdırıcı bu postda Cihat Arslanı əvəzləyib.

Qeyd edək ki, "Ankaragücü"ndə çıxış edən Renat Dadaşov cari mövsüm I Liqada 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi