"River Pleyt" "Boka Xuniors"a qarşı Argentina Liqa Kubokunun 1/4 final matçına itkilərlə çıxacaq.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 15 futbolçunun koronavirus testinin müsbət nəticə verməsidir.
İlk olaraq 10, daha sonra isə 5 futbolçuda infeksiya aşkarlanıb. Həmin şəxslərin adları açıqlanmayıb.
Qeyd edək ki, bu gecə keçiriləcək "Boka Xuniors" - "River Pleyt" matçı Bakı vaxtı ilə 00:30-da başlayacaq.