Polşa millisinin futbolçusu Robert Levandovski Almaniyanın "Bavariya" klubundan ayrıla bilər.
"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu "Borussiya" (Dortmund) komandasında çıxış edən Erlinq Holannın Münhen təmsilçisinə keçidi ilə bağlı yayılan şayiələrdən narazıdır.
Bundan əlavə, təcrübəli forvard klubun onunla yeni müqavilə barədə danışıq aparmamasından da narahatdır. Onun əhval-ruhiyyəsinin dəyişməsini həm komanda yoldaşları, həm də baş məşqçi Yulian Nagelsman hiss edib.
Qeyd edək ki, Robert Levandovskinin "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.