İtaliyanın "Roma" və Şotlandiyanın "Reyncers" komandaları uzun müddətdən sonra avrokubokların finalına vəsiqə qazanıblar.
"Report"un məlumatına görə, "canavarlar" 31, britaniyalılar 14 ildən sonra buna nail olublar.
"Roma" UEFA Konfrans Liqasının yarımfinal mərhələsində İngiltərə "Lester"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 1:1, 1:0. Paytaxt klubu son olaraq 1991-ci ildə UEFA Kubokunun (hazırkı Avropa Liqası) finalında "İnter"ə uduzub.
"Reyncers" UEFA Avropa Liqasının yarımfinalında Almaniya "Leyptsiq"indən güclü olub - 3:1, 0:1. Britaniyalılar 2008-ci ildə UEFA Kubokunun finalında Rusiyanın "Zenit" komandası ilə dueldən məğlub ayrılıb.
Qeyd edək ki, "Reyncers" mayın 18-də finalda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandası ilə, "Roma" isə mayın 25-də Niderland "Feyenoord"u ilə ilə üz-üzə gələcək.