İtaliya A Seriyasının 36-cı turunun matçında "Roma" "Fiorentina" ilə qarşılaşıb.
“Report” xəbər verir ki, İtaliya paytaxtının Olimpiya stadionunda boş tribunalar qarşısında keçən oyun meydan sahiblərinin minimal – 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qaliblərin heyətində penaltini iki dəfə uğurla reallaşdırmış fransız yarımmüdafiəçi Cordan Veretu fərqlənib.
"Fiorentina"nın yeganə qolunu Nikola Milenkoviç vurub.
Bu qələbədən sonra romalılar 64 xal yığaraq İtaliya çempionatının yarış cədvəlində beşinci yerə yüksəliblər.
"Fiorentina" 43 xal ilə 12-ci sıradadır.