"Roma"nın məğlubiyyəti "Latsio"ya Çempionlar Liqasına vəsiqə qazandırdı

"Roma"nın məğlubiyyəti "Latsio"ya Çempionlar Liqasına vəsiqə qazandırdı "Latsio"nun İtaliyanı 2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində təmsil edəcəyi dəqiqləşib
Futbol
7 Avqust , 2020 10:45
Romanın məğlubiyyəti Latsioya Çempionlar Liqasına vəsiqə qazandırdı

"Latsio"nun İtaliyanı 2020/2021 mövsümündə UEFA Çempionlar Liqasında (ÇL) təmsil edəcəyi dəqiqləşib.

"Report"un məlumatına görə, bu, "Roma"nın İspaniya "Sevilya"sına 0:2 hesabı ilə uduzaraq Avropa Liqası (AL) ilə vidalaşmasından sonra baş verib.

Əslində "qartallar" A Seriyasında 4-cü pilləni tutmaqla ÇL-ə vəsiqə qazanmışdılar. Amma "Roma" Avropa Liqasının, "Napoli" isə Çempionlar Liqasının qalibi olacağı halda, "Latsio" turnirdən kənarda qalacaqdı. Çünki ÇL-də 1 ölkənin maksimum 5 təmsilçisi çıxış edə bilər.

Qeyd edək ki, yeni mövsümdə "Yuventus", "İnter", "Atalanta" və "Latsio" Çempionlar Liqasının, "Roma" və "Napoli" Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq. "Milan" isə AL-ə təsnifat mərhələsindən başlayacaq.

Son xəbərlər

Orphus sistemi