"Roma"ya texniki məğlubiyyət verildi

"Roma"ya texniki məğlubiyyət verildi İtaliya İdman Məhkəməsi "Roma" klubunu cəzalandırıb.
Futbol
22 Yanvar , 2021 20:27
Romaya texniki məğlubiyyət verildi

İtaliya İdman Məhkəməsi "Roma" klubunu cəzalandırıb.

"Report" xəbər verir ki, ölkə kubokunun 1/8 final mərhələsinin "Spetsiya" ilə oyununda əvəzetmə qaydalarını pozan paytaxt təmsilçisinə texniki məğlubiyyət verilib.

Komanda sözügedən qarşılaşmada 5 əvəzinə, 6 oyunçu dəyişikliyindən istifadə edib. "Roma"nın futbolçusu Lorentso Pelleqrini bununla bağlı bir neçə dəfə baş məqçiyə xəbərdarlıq etsə də, heç bir nəticə verməyib.

Qeyd edək ki, "Spetsiya"ya 2:4 hesabı ilə uduzan "canavarlar" kubokda mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi