İtaliyanın "Roma" klubu futbolçusu Henrix Mxitaryanla yollarını ayıracaq.
"Report" "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.
"Canavarlar" yüksək maaşı səbəbindən erməni oyunçu ilə vidalacaq. Paytaxt təmsilçisi illik 3 milyon avro məvacib alan yarımmüdafiəçiyə artıq bu məbləği vermək istəmir və onun yerinə yeni futbolçu axtarır.
Xatırladaq ki, Henrix Mxitaryan "Roma"da 2019-cu ildən çıxış edir.