Roman Qriqorçukun "Neftçi"dəki köməkçiləri açıqlanıb, biri italiyalı mütəxəssisdir

Roman Qriqorçukun "Neftçi"dəki köməkçiləri açıqlanıb, biri italiyalı mütəxəssisdir “Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.
Futbol
8 İyul , 2024 16:24
Roman Qriqorçukun Neftçidəki köməkçiləri açıqlanıb, biri italiyalı mütəxəssisdir

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.

"Ağ-qaralar"ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, litvalı Saulius Sekanaviçyus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qriqorçukun köməkçilərindən olacaq.

Son xəbərlər

Orphus sistemi