Madrid “Real”ının və Braziliya yığmasının keçmiş hücumçusu Ronaldo, Libertadores Kubokunu və Çempionlar Liqasını qazana bilməməsindən peşman olduğunu etiraf edib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
“Libertadores Kuboku və Çempionlar Liqası üçün iki barmağımı verərdim. “Kruzeyro” və ya “Korintiansla” bir, “İnter” və ya “Real”la mükafat qazana bilmədiyim üçün peşmanam”, - Ronaldo “Globo Esporte” nəşrinə deyib.
Ronaldo Braziliya milli komandasının heyətində iki Dünya Kubokunun, həmçinin Konfederasıya Kubokunun qalibidir. Forvard karyerası ərzində “Kruzeyro”, “PSV Eyndhoven”, “Barcelona”, “İnter Milan”, “Real Madrid”, “Milan” və “Korintians” kimi klublarda çıxış edib. Braziliyalı 2011-ci ildə karyerasını 34 yaşında başa vurub.