Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted"in futbolçusu 10-cu dəfə Kriştianu Ronaldu Ginnesin Rekordlar Kitabına düşüb.
"Report"un məlumatına görə, bu barədə 36 yaşlı hücumçu özünün sosial şəbəkə hesabında paylaşım edib.
Təcrübəli forvard yığma komandada ən çox qol vurmuş futbolçu kimi bu uğura nail olub. Bu münasibətlə futbolçuya xüsusi sertifikat təqdim olunub.
Qeyd edək ki, evdə İrlandiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunda dubl edən Ronaldu Portuqaliya millisində 111-ci qoluna imza ataraq, İran seçməsinin Azərbaycan əsilli sabiq forvardı Əli Daeinin rekordunu (109 qol) qırıb.