Portuqaliyanın futbol üzrə yığmasının və İtaliyanın "Yuventus" komandasının hücumçusu Kriştianu Ronaldunun instaqramdakı bir paylaşımının qiyməti açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə BBC bildirib.
Məlumata görə, hücumçunun reklam xəbərinin paylaşımı 1,6 milyon ABŞ dolları məbləğində qiymətləndirilir. Qeyd edilir ki, bu, sosial şəbəkə istifadəçiləri arasında ən yüksək göstəricidir. Reytinq siyahısına həmçinin Argentina yığmasının futbolçusu Lionel Messi (yeddinci yer-red) daxildir. Onun bir paylaşımınını qiyməti 1,1 milyon ABŞ dolları təşkil edir.
Qeyd edək ki, Ronaldu daha əvvəl də insqtramda rekorda imza atıb. Belə ki, iyunun 18-də futbolçular arasında ilk dəfə olaraq olaraq onun abunəçilərinin sayı 300 milyona çatıb. Sosial şəbəkədə ən məşhur hesabların siyahısında futbolçudan sonra üç amerikalı qərarlaşıb: aktyor və restler Dueyn Conson (246 milyon abunəçi), müğənni Ariana Qrande (244 milyon) və model Kayli Cenner (241 milyon).