Ronaldu ABŞ klubundan imtina edib

Ronaldu ABŞ klubundan imtina edib Maaş və reklam gəliri təxminən "Əl Nəsr"dəki müqaviləyə bərabər olub
Futbol
31 Dekabr , 2022 10:29
Ronaldu ABŞ klubundan imtina edib

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Nəsr"ə keçməzdən əvvəl ABŞ-ın MLS liqasında çıxış edən bir neçə klubdan təklif alıb.

"Report" ESPN-ə istinadən xəbər verir ki, həmin komandalar 37 yaşlı hücumçu ilə ciddi şəkildə maraqlanıblar.

"Kanzas Siti" təcrübəli oyunçunun nümayəndələri ilə danışıqlar da aparıb. Hətta ABŞ klubunun təklif etdiyi maaş və reklam gəliri təxminən "Əl Nəsr"dəki müqaviləyə bərabər olub.

Qeyd edək ki, Kriştianu Ronaldu "Əl Nəsr"lə 2,5 illik sözləşmə imzalayıb.

Son xəbərlər

Orphus sistemi