Ronaldu: "Portuqaliya Qətərdəki dünya çempionatına gedəcək"

Ronaldu: "Portuqaliya Qətərdəki dünya çempionatına gedəcək" "Futbol bir daha bizə göstərdi ki, bəzən maneəli yollar ən çox arzulanan nəticələrə gətirib çıxarır. Dünənki məğlubiyyət ağır idi. Amma bu, bizi yoldan çıxarmağa kifayət etmir"
Futbol
15 Noyabr , 2021 14:30
Ronaldu: Portuqaliya Qətərdəki dünya çempionatına gedəcək
Kriştianu Ronaldu

"Futbol bir daha bizə göstərdi ki, bəzən maneəli yollar ən çox arzulanan nəticələrə gətirib çıxarır. Dünənki məğlubiyyət ağır idi. Amma bu, bizi yoldan çıxarmağa kifayət etmir".

"Report"un məlumatına görə, bu fikirləri Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu evdə Serbiyaya 1:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunu barədə sosial şəbəkə hesablarında yazıb.

36 yaşlı hücumçu bildirib ki, məqsədləri Qətərdəki mundiala qatılmaqdır: "Bunun üçün nə etməli olduğumuzu bilirik. Heç bir bəhanə yoxdur. Portuqaliya Qətərə gedəcək".

Qeyd edək ki, rəqibinə qalib gələn Serbiya yığması DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb. Portuqaliya isə pley-offda iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi