İtaliyanın “Yuventus” klubunun portuqal hücumçusu Kriştianu Ronaldu rəsmi matçlarda qolların sayına görə rekordu təkrarlayıb.
“Report” xəbər verir ki, futbolçu ötən gün İtaliya çempionatında “Sassuolo”ya qarşı qələbə matçında (3:1) fərqlənib.
Otuz beş yaşlı futbolçunun bu qolu klub və yığmadakı karyerasında 759-cu olub. Bu sayda rekorda daha əvvəl Avstriya və keçmiş Çexoslovakiya yığmalarının hücumçusu Yozef Biçan 1950-ci illərdə imza atıb.
Daha əvvəl Ronaldu qolların sayına Peleni də ötüb. Braziliyalı sabiq futbolçunun hesabında 757 qol olub.