Ronaldu 16 ildə ilk dəfə Çempionlar Liqasının pley-off-unda fərqlənə bilmədi

Ronaldu 16 ildə ilk dəfə Çempionlar Liqasının pley-off-unda fərqlənə bilmədi UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyununda "Yuventus" İtaliyada Portuqaliya "Portu"su ilə üz-üzə gəlib
Futbol
10 Mart , 2021 03:59
Ronaldu 16 ildə ilk dəfə Çempionlar Liqasının pley-off-unda fərqlənə bilmədi
Kriştianu Ronaldu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Yuventus" İtaliyada Portuqaliya "Portu"su ilə üz-üzə gəlib.

"Report" xəbər verir ki, “Yuventus” matçda 3:2 hesabı ilə qələbə qazansa da, iki görüşün nəticəsinə əsasən, səfərdə daha çox qol vuran qonaqlar mərhələ adlayıblar. Bu səbəbdən “Yuventus” turniri tərk etməli olub.

"Qızıl top"un beşqat sahibi Kriştianu Ronaldu 2021-ci ildə pley-off-un iki matçında fərqlənə bilməyib. Otuz altı yaşlı portuqaliyalı 2005-ci ildən ilk dəfə analoji passivliklə yadda qalıb. Həmin vaxt o, "Mançester Yunayted"in heyətində çıxış edəndə də adını fərqlənənlər siyahısına yazdıra bilməyib.

Qeyd edək ki, Ronaldu 2006-cı ildə Çempionlar Liqasının pley-off-unda oynamayıb. O, bundan sonra hər il analoji matçlarda qolları ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi