Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubunun yeni baş məşqçisi açıqlanıb

Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubunun yeni baş məşqçisi açıqlanıb Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu Stefano Pioli çalışdıracaq.
Futbol
18 Sentyabr , 2024 20:20
Ronaldunun çıxış etdiyi Əl-Nəsr klubunun yeni baş məşqçisi açıqlanıb

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu Stefano Pioli çalışdıracaq.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 58 yaşlı italiyalı mütəxəssis bu postda ötən gün komandadan göndərilən Luiş Kaştrunu əvəzləyib.

O, son olaraq ölkəsinin "Milan" kollektivini çalışdırıb.

Qeyd edək ki, "Əl-Nəsr" klubu son 6 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə məğlub olub.

Son xəbərlər

Orphus sistemi