"Çıxdığımız yolda "Neftçi" azarkeşlərindən səbir və etimad gözləyirik".
"Report xəbər verir ki, bunu "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.
O bildirib ki, klubun son dövrlərdə fəaliyyəti ürəkaçan deyil:
"Klubda təkrar canlanmanı təmin etmək üçün strategiya hazırlanır. "Neftçi" azarkeşləri hər zaman klubun yanında olublar, heç vaxt dəstəklərini əsirgəməyiblər. Biz gördüyümüz işlər nəticəsində "Neftçi"nin yenidən yerli və beynəlxalq yarışlarda qələbələrlə azarkeşlərini sevindirəcəyinə inanırıq".