Rusiyanın "Zenit" klubu kapitanı Branislav İvanoviçlə yollarını ayırıb.
"Report" Sankt-Peterburq təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı müdafiəçi ilə başa çatmış müqavilənin müddəti uzadılmayıb.
36 yaşlı futbolçu 2017-ci ilin qışından "Zenit"də çıxış edirdi. O, bu komandaya İngiltərənin "Çelsi" klubundan keçmişdi.
Qeyd edək ki, "Zenit" Rusiya Premyer Liqasında 2019/2020 mövsümünün qalibi olub.