Rusiya daha bir idman növündə bütün yarışlardan məhrum edilib.
"Report" xəbər verir ki, Beynəlxalq Çimərlik Futbolu Təşkilatı (BSWW) Ukraynaya qarşı təcazüvə görə ölkəni bütün yarışlardan kənarlaşdırıb.
Ukrayna Çimərlik Futbolu Assosiasiyası qərarın onların təzyiqi ilə verildiyini bildirib. BSWW 2022-ci il mövsümü üçün təqvimi yenidən tənzimləyəcək.
Qeyd edək ki, ötən il Ukrayna seçməsi Rusiyanın paytaxtı Moskvadakı dünya çempionatına qatılmaqdan imtina edib.