Rusiya Futbol İttifaqının prezidenti açıqlandı

Rusiya Futbol İttifaqının prezidenti açıqlandı Dyukov yenidən 4 il üçün qurumun rəhbəri olub
Futbol
4 Fevral , 2021 13:26
Rusiya Futbol İttifaqının prezidenti açıqlandı
Aleksandr Dyukov

Rusiya Futbol İttifaqının (RFS) prezidenti müəyyənləşib.

"Report" xəbər verir ki, Aleksandr Dyukov yenidən 4 il üçün qurumun rəhbəri olub.

Seçki Moskvada RFS-in növbədənkənar Konfransında gerçəkləşib. "Qazprom neft" şirkətinin İdarə Heyətinin sədri olan Dyukov yeganə namizəd idi. O, RFS prezidenti vəzifəsinə yekdilliklə seçilib.

Qeyd edək ki, 53 yaşlı Dyukov RFS prezidenti vəzifəsini 2019-cu il fevralın 22-dən icra edir.

Son xəbərlər

Orphus sistemi