Rusiya klubu 25 ildən sonra qrup mərhələsini birinci pillədə bitirib

Rusiya klubu 25 ildən sonra qrup mərhələsini birinci pillədə bitirib Rusiyanın "Spartak" (Moskva) klubu 25 ildən sonra avrokubokların qrup mərhələsini birinci pillədə başa vurub.
Futbol
10 Dekabr , 2021 14:22
Rusiya klubu 25 ildən sonra qrup mərhələsini birinci pillədə bitirib

Rusiyanın "Spartak" (Moskva) klubu 25 ildən sonra avrokubokların qrup mərhələsini birinci pillədə başa vurub.

"Report"un məlumatına görə, Ruy Vitoriyanın baş məşqçi olduğu komanda buna Polşada "Legiya"nı 1:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra nail olub.

Moskva təmsilçisi daha əvvəl 1995/1996 mövsümündə UEFA Çempionlar Liqasında eyni uğura imza atıb. Həmin vaxt "Legiya" ikinci yeri tutub.

Qeyd edək ki, "Spartak" C qrupunda İtaliya "Napoli"si ilə birgə 10 xal toplayıb. Komanda hər iki matçda rəqibinə qalib gəldiyi üçün 1/8 finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi