Rusiyanın "Ximki" komandasında çıxış edən əslən azərbaycanlı futbolçu Kamran Əliyevlə Türkiyənin Antalya şəhərində görüş keçirilib.
"Report"un məlumatına görə, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.
E.Məmmədov bildirib ki, bu məqsədlə Cahangir Həsənzadə və İlqar Qurbanov qardaş ölkəyə ezam olunub.
AFFA rəsmisi hələ Əliyevdən təsdiq cavabı almadıqlarını təəssüflə əlavə edib: "Hazırda onun qərarını gözləyirik".