Rusiya millisi dünya çempionatında federasiyanın bayrağı altında yarışacaq

Rusiya millisi dünya çempionatında federasiyanın bayrağı altında yarışacaq Həndbol üzrə Rusiya yığması qarşıdakı dünya çempionatında yerli federasiyanın bayrağı altında mübarizə aparacaq.
Futbol
25 Dekabr , 2020 22:11
Rusiya millisi dünya çempionatında federasiyanın bayrağı altında yarışacaq

Həndbol üzrə Rusiya yığması qarşıdakı dünya çempionatında yerli federasiyanın bayrağı altında mübarizə aparacaq.

"Report"un məlumatına görə, bu barədə TASS-a qurumun Mətbuat xidmətindən bildirilib.

Bu addım İdman Arbitraj Məhkəməsinin (CAS) Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyaya verdiyi 2 illik diskvalifikasiya qərarını təsdiqləməsindən sonra atılıb.

Rusiya idmançıları 2022-ci il dekabrın 16-dək olimpiada və dünya çempionatlarında ölkənin bayrağı və himni olmadan çıxış etməlidirlər.

Qeyd edək ki, həndbol üzrə dünya çempionatı 2021-ci il 14 - 31 yanvarda Misirdə keçiriləcək. Rusiya yığması qrup mərhələsində Belarus, Sloveniya və Cənubi Koreya ilə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi