Rusiya yığmasının və MOİK klubunun futbolçusu İqor Diveyev zədələnib.
"Report" "Championat" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi UEFA Millətlər Liqasının VI turunda səfərdə Serbiyaya 0:5 hesabı ilə uduzduqları görüşdə xəsarət alıb.
Diveyevin burnu qırılıb və ona yüngül beyin silkələnməsi diaqnozu qoyulub. Müdafiəçinin nə vaxt yaşıl meydanlara qayıdacağı bəlli deyil.