Rusiya millisinin sabiq kapitanı Roman Şirokov xoşagəlməz hadisə ilə diqqət mərkəzinə düşüb.
"Report" "Sport-Express" nəşrinə istinadən xəbər verir ki, veteran futbolçu həvəskar komandaların oyunu zamanı baş hakim Nikita Dançenkova hücum çəkib və onu vurub.
Referi veteran yarımmüdafiəçinin zərbəsindən yerə yıxılıb. Daha sonra Dançenkova tibbi yardım göstərilib.
Hadisəni şərh edən hakim ciddi xəsarət almadığını söyləyib: "İndi danışmaq istəmirəm. Səhhətimlə bağlı hər şey yaxşıdır. Yaşayacağam".
Qeyd edək ki, karyerası ərzində 56 dəfə Rusiya millisinin formasını geyinmiş Roman Şirokov ölkəsinin MOİK, "Rubin", "Krasnodar" və "Spartak" (Moskva) kimi klublarında çıxış edib.