“Rostov” komandasının məşqçisi Valeriy Karpin futbol üzrə Rusiya yığmasının baş məşqçisi təyin edilib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssislə imzalanan müqavilə uzadılma ehtimalı ilə 31 dekabr 2021-ci il tarixinədək qüvvədə olacaq.
Qarşıdakı altı ayda Karpin millidəki və klubdakı işləri birləşdirəcək.