Rusiya Premyer Liqasının oyunları sükutla başlayacaq

Rusiya Premyer Liqasının oyunları sükutla başlayacaq Futbol üzrə Rusiya Premyer Liqasının VIII turunda bu gün keçiriləcək 3 oyun 1 dəqiqəlik sükutla başlayacaq.
Futbol
20 Sentyabr , 2021 13:58
Rusiya Premyer Liqasının oyunları sükutla başlayacaq

Futbol üzrə Rusiya Premyer Liqasının VIII turunda bu gün keçiriləcək 3 oyun 1 dəqiqəlik sükutla başlayacaq.

"Report" çempionatın rəsmi saytına istinadən xəbər verir ki, bu, Perm Dövlət Universitetində baş vermiş terror hadisəsi ilə bağlıdır.

Universitetə silahlı hücum zamanı 8 nəfər dünyasını dəyişib, 28 nəfər isə yaralanıb. Ölənlərin xatirələri çempionat matçlarında yad ediləcək.

Qeyd edək ki, bu gün "Ural" - "Lokomotiv" (Moskva), "Rubin" - "Zenit" və MOİK - "Spartak" (Moskva) görüşləri oynanılacaq.

Son xəbərlər

Orphus sistemi