Rusiya yığmasının 10 futbolçusu dopinq-testə cəlb olundu

Rusiya yığmasının 10 futbolçusu dopinq-testə cəlb olundu Prosedurun nizamlı şəkildə baş verdiyi qeyd olunur
Futbol
29 Mart , 2021 11:24
Rusiya yığmasının 10 futbolçusu dopinq-testə cəlb olundu

Rusiya millisinin 10 futbolçusu 2022-ci il dünya çempionatının seçmə oyunlarından sonra dopinq testindən keçirilib.

"Report" yığmanın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, komandanın düşərgəsinə gedən dopinq nəzarəti müfəttişləri onlardan nümunələr götürüb.

Həmin oyunçuların adları açıqlanmayıb. Prosedurun nizamlı həyata keçirildiyi qeyd olunur.

Qeyd edək ki, Rusiya yığması martın 30-da Slovakiyanın qonağı olacaq. Komanda ilk turda səfərdə 0Maltanı 3:1, ikinci oyunda isə evdə Sloveniyanı 2:1 hesabı ilə üstələyib.

Son xəbərlər

Orphus sistemi