Rusiya yığmasının sabiq futbolçusu öldü

Rusiya yığmasının sabiq futbolçusu öldü Rusiya yığmasının və "Spartak" klubunun sabiq futbolçusu Vasili Kulkov dünyasını dəyişib.
Futbol
10 Oktyabr , 2020 12:50
Rusiya yığmasının sabiq futbolçusu öldü
Vasili Kulkov

Rusiya yığmasının, SSRİ-nin və "Spartak" klubunun sabiq futbolçusu Vasili Kulkov dünyasını dəyişib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi 54 yaşında vəfat edib.

Kulkov koronavirusa yoluxmuşdu. Keçmiş futbolçu bu gün onkoloji əməliyyat keçirməli idi. O, reanimasiyada dünyasını dəyişib.

Qeyd edək ki, Vasili Kulkov 1989-cu ildə "Spartak"ın heyətində SSRİ çempionu olub. O, Portuqaliyada "Benfika" (1993/1994) və "Portu" (1994/1995) ilə də eyni uğuru təkrarlayıb. 

Son xəbərlər

Orphus sistemi