Rusiyanın "Zenit" komandasının sabiq futbolçusu Pavel Sadırin 1968-ci ildə Bakıda faciəvi hadisənin yaşanmasının qarşısını alıb.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" agentliyinin dərc etdiyi məqalədə bildirilib.
Qeyd olunub ki, Sankt-Peterburq təmsilçisinin heyətində "Neftçi" ilə oyun üçün Azərbaycan paytaxtına gəlmiş veteran futbolçu komanda yoldaşları - Lev Belkin və Vasili Danilovla birlikdə telefonçunu su basmış otelin zirzəmisindən xilas edib: "Həmin gün şəhərdə güclü yağış yağırdı. Bu, təhlükəli vəziyyətə gətirib çıxarmışdı. Sadırin hotelə qayıdarkən həmin şəxsin kömək üçün fəryadını eşidib və onu zirzəmidən çıxarıb".
Qeyd edək ki, Pavel Sadırin 2001-ci ildə, 59 yaşında ağır xəstəlikdən dünyasını dəyişib.