İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya atletləri Natalya Antyux və Andrey Silnovu cəzalandırıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, antidopinq qaydalarınız pozmaqda ittiham olunan olimpiya çempionları 4 il müddətinə yarışlardan kənarlaşırılıb. Cəza müddəti bugünkü tarixdən hesablanacaq.
İdmançıların 2013-cü il 30 iyun - 8 iyul arasındakı bütün nəticələri ləğv ediləcək.
Qeyd edək ki, Silnov Pekin-2008 Yay Olimpiya Oyunlarında hündürlüyə tullanma, Antyux isə London-2012 Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanıb.