"Açığı, virusa çox da fikir vermirəm. Çünki qorxduğu şey insanın başına gəlir".
Bu fikirləri “Report”un instaqram səhifəsində canlı yayımda "Sabah" klubunun kapitanı Ruslan Abışov koronavirus pandemiyası barədə danışarkən deyib.
34 yaşlı müdafiəçi bildirib ki, bir çox insan qorxudan bu xəstəliyə tutulur: "Özümü bacardığım qədər qoruyuram. Sosial məsafə və maska öz yerində, qidama və yuxu rejimimə də riayət edirəm. Komandamızda bir çox oyunçu virusa yoluxdu. Qorxmamaq lazımdır. Buna sadə qrip kimi yanaşsaq, daha yüngül keçər".