Rüşvətə görə həbs olunan mütəxəssis tanınmış futbolçuları ittiham etdi

Rüşvətə görə həbs olunan mütəxəssis tanınmış futbolçuları ittiham etdi Korrupsiya qalmaqalına görə həbs olunan Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Zoran Mamiç məhkəmədə ifadə verib
Futbol
16 Mart , 2021 21:03
Rüşvətə görə həbs olunan mütəxəssis tanınmış futbolçuları ittiham etdi
Zoran Mamiç

Korrupsiya qalmaqalına görə həbs olunan Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Zoran Mamiç məhkəmədə ifadə verib.

"Report"un məlumatına görə, Zaqreb təmsilçisinin büdcəsindən 17,3 milyon ABŞ dolları mənimsəməkdə ittiham olunan 50 yaşlı mütəxəssis bu işdə İspaniya "Real Madrid"inin yarımmüdafiəçisi Luka Modriçlə Rusiya "Zenit"ində çıxış edən Deyan Lovrenin də əlinin olduğunu bildirib.

Onun sözlərinə görə, klubdan vəsaiti sözügedən oyunçuların vasitəsilə əldə edib: "Modriçin hesabında hələ də xüsusi müqavilə əsasında istifadə etdiyimiz bir neçə milyon avro pul var. Mamiç qardaşları pulları qaytarmalıdırsa, Lovren və Modriç də bunu etməlidir. Onlar məhkəmədə müqavilə imzalayıb, pul götürdüklərini etiraf ediblər".

Qeyd edək ki, Zoran Mamiç məhkəmənin qərarı ilə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı, "Dinamo"nun idman direktoru vəzifəsində Zdvarko Mamiçə isə 6,5 il həbs cəzası verilib. Hər iki şəxs 2008-ci ildən indiyədək klubun büdcəsindən 17,3 milyon ABŞ dolları mənimsəməkdə ittiham olunub. Qardaşlar 1,8 milyon ABŞ dolları məbləğində vergi ödəməməkdə də günahlandırılıb.

Son xəbərlər

Orphus sistemi