“Sabah” klubu baş məşqçisi Ramin Quliyevlə yollarını ayırıb.
"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.
"Sabah" gənc baş məşqçiyə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Ramin Quliyev bu ilin martında “Sabah”ın baş məşqçisi təyin olunub. Komanda 7 turdan sonra Azərbaycan Premyer Liqasında 1 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.