"Sabah" klubundan ayrılan serbiyalı qapıçı Saşa Stamenkoviç karyerasını Qazaxıstanda davam etdirməyə çox yaxındır.
"Report" "Vesti" nəşrinə istinadən xəbər verir ki, "Aktobe" 36 yaşlı qolkiperlə danışıqları yekunlaşdırmaq üzrədir.
5 qat ölkə çempionunun tezliklə Stamenkoviçin keçidini açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Saşa Stamenkoviç "Sabah" klubundan əvvəl 2016/2017 mövsümündə Qazaxıstanda "Okjetpes"in formasını geyinib. 2018-ci ildə Bakı klubuna keçən qapıçının müqaviləsi dekabrın 16-da öz istəyi ilə ləğv edilib.