"Sabah" futbolçusu ilə müqaviləni yenilədi

"Sabah" futbolçusu ilə müqaviləni yenilədi “Sabah” futbolçusu Şakir Seyidovla müqavilə müddətini uzadıb.
Futbol
5 Yanvar , 2021 20:32
Sabah futbolçusu ilə müqaviləni yenilədi
Şakir Seyidovl

“Sabah” futbolçusu Şakir Seyidovla müqavilə müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmənin müddəti 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub.

Seyidov 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışır. 21 yaşlı müdafiəçi komandanın heyətində ümumilikdə 31 oyun keçirib, 2 qola imza atıb (Premyer Liqada 26 oyun 2 qol, ölkə kubokunda 5 oyun).

Qeyd edək ki, futbolçunun “Sabah”la əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatırdı.

Son xəbərlər

Orphus sistemi