"Sabah" klubunun iki futbolçusu Azərbaycan Premyer Liqasının XIV turunda "Qarabağ"la matçı buraxacaq.
Klubdan "Report"a verilən məlumata görə, zədəsini sağaldan müdafiəçi Bəhlul Mustafazadə və qapıçı Saşa Stamenkoviç ilin ilk rəsmi matçında meydana çıxmayacaq.
Hər iki futbolçu hazırda fərdi məşqlər edir və onların yanvarın sonunda kollektivə qoşulacaqları gözlənilir.
Qeyd edək ki, yanvarın 21-də keçiriləcək "Sabah" - "Qarabağ" matçı saat 18:00-da başlayacaq. Bəhlul Mustafazadə ilin sonlarında qasıq nahiyyəsindəki ikitərəfli yırtıqdan əməliyyat olunub. Saşa Stamenkoviç isə çiynindən zədə almışdı.